Epipaleolit

Epipaleolit (epi… + yun. παλαιός– qədim + λίθος – daş) — bir sıra tədqiqatçıların bölgüsünə görə, Paleolitdən sonra gələn və əksər arxeoloji dövrləşdirmələrdə Erkən Mezolitə müvafiq olan arxeoloji dövr. Epipaleolitin texnikasında və mədəniyyətində Paleolit cizgiləri hələ qabarıq əks olunur. Avropada Epipaleolit mədəniyyətinə, adətən, Azil mədəniyyətini aid edirlər.[1]

  1. Epipaleolit // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search